вторник, 17 марта 2015 г.

Araşdırmamın nəticəsi

Apardığım tədqiqatın sonunda bu nəticəyə gəldim ki, Stalinin həyata keçirdiyi bu qanlı faciə nəinki xalqımızın həyatına,onun mədəniyyətinə və ədəbiyyatına da ağır zərbələr vurmuşdur.Bu zərbənin acı nəticəsini bu gündə hiss edirik.Bir çox alim və ziyalılarımızın qətlə yetrilməsi nəticəsində çoxlu tədqiqat əsərləri,ədəbiyyat nümunələri;roman,povest,pyes,şeir,mahnı,portretlər və s.itmiş və ya yarımçıq qalmışdır.Gənc və istedadlı şairimiz M.Müşfiq gənc yaşında qətlə yetrilmiş və yaradıcılığının ən məhsuldar zamanında dünyadan köçmüşdür.Ə.Cavad,H.Cavid.Y.V.Çəmənzəminli və bir çox başqa ədəbiyyatçılarımızın qətlə yetrilməsi onların yaradıcılıgını yarımçıq qoymuşdur.Mərhum akademikimiz Z.Bünyadovun"Qırmızı terror"kitabında repressiya qurbanı olan ziyalılarımız və ədiblərimizdən bəhs olunmuşdur.Bu kitabı oxuyan hər kəs repressiya haqqında ətraflı məlumat və bilgi əldə edə bilər.Düşünürəm ki, bütün bu təqiblərə və qətillərə baxmayaraq elmimiz,ədəbiyyatımız istər repressiya illərində istərsə də sonrakı dövrdə inkişaf etmiş və parlaq nailliyətlər qazanmışdır.


Комментариев нет:

Отправить комментарий