суббота, 28 марта 2015 г.

15-ci gün

Bu gün təlimin sonuncu günüdür.Bu gün layihəmizi müdafiə etdik.Təqdimatdan sonra imtahan verdik.Ümidvaram ki,nəticələrimiz yaxşı olacaq.Bu təlim zamanı bir çox yeniliklərlə tanış oldum,biliklər əldə etdim.Əminəm ki,gələcək fəaliyyətimdə mənə çox böyük köməyi olacaq.Təlimin təşkilatçılarına və təlimçi müəllimlərimizə öz adımdan və müəllim yoldaşlarım adından təşəkkür edirəm.Həmkarlarıma uğurlar arzulayıram.

вторник, 17 марта 2015 г.

Araşdırmamın nəticəsi

Apardığım tədqiqatın sonunda bu nəticəyə gəldim ki, Stalinin həyata keçirdiyi bu qanlı faciə nəinki xalqımızın həyatına,onun mədəniyyətinə və ədəbiyyatına da ağır zərbələr vurmuşdur.Bu zərbənin acı nəticəsini bu gündə hiss edirik.Bir çox alim və ziyalılarımızın qətlə yetrilməsi nəticəsində çoxlu tədqiqat əsərləri,ədəbiyyat nümunələri;roman,povest,pyes,şeir,mahnı,portretlər və s.itmiş və ya yarımçıq qalmışdır.Gənc və istedadlı şairimiz M.Müşfiq gənc yaşında qətlə yetrilmiş və yaradıcılığının ən məhsuldar zamanında dünyadan köçmüşdür.Ə.Cavad,H.Cavid.Y.V.Çəmənzəminli və bir çox başqa ədəbiyyatçılarımızın qətlə yetrilməsi onların yaradıcılıgını yarımçıq qoymuşdur.Mərhum akademikimiz Z.Bünyadovun"Qırmızı terror"kitabında repressiya qurbanı olan ziyalılarımız və ədiblərimizdən bəhs olunmuşdur.Bu kitabı oxuyan hər kəs repressiya haqqında ətraflı məlumat və bilgi əldə edə bilər.Düşünürəm ki, bütün bu təqiblərə və qətillərə baxmayaraq elmimiz,ədəbiyyatımız istər repressiya illərində istərsə də sonrakı dövrdə inkişaf etmiş və parlaq nailliyətlər qazanmışdır.


Repressiyanın ədəbiyyatımıza təsiri

Repressiya haqqında biliklər əldə etdikdən sonra bu qanlı faciə haqqında suallar məni narahat etdi.
 Bu suallara cavab tapmaq üçün araşdırma aparmağı qərara aldım.Bilirəm ki,repressiya imperiyanın bütün ərazilərində baş vermişdir.Bəs nə üçün Azərbaycan türklərinə qarşı belə amansızlıqlar törədilmişdir?Buna səbəb Azərbaycanın Türkiyə və İranla sərhəddə yerləşməsidi və əhalinin türkdilli müsəlman xalqlarından biri olmasıdır.Qanlı hadisələrin təsiri ədəbiyyatımızdan və mədəniyyətimizdən də yan keçməmişdir.Nə üçün ən çox ziyalılarımız bu təqibə məruz qalırdı? Çünki,ziyalılarımızı məhv etməklə onlar millətin özünüdərkinə mane olmaq və kor-koranə icraçıya çevirmək(manqurt etmək) istəyirdilər.Ona görə ki,onlar ilk növbədə xalqın "düşünən beyinləri" idilər.Həmin illərdə ədəbiyyatımız H.Cavid,Ə.Cavad,M.Müşfiq.S.Hüseyn(onun ailəsindən 17 nəfər repressiya qurbanı olmuşdur) H.Zeynallı,K.Sanılı.S.Mümtaz və yüzlərlə başqa ziyalılarını itirdi.



Repressiya nədir?

Repressiya (latınca-repressio) sözündən olub-cəza tədbirləri,dövlət tərəfindən həyata keçrilən cəzalandırma,təzyiq mənasındadır.Sovet imperiyasının başçıları, əsasən də Stalin və M.Bağırov tərəfindən törədilən qanlı hadisələr imperiyanın bütün ərazilərində olmuşdur.Kütləvi repressiyaların təşkilində türklərin qan düşməni olan ermənilərin xüsusi rolu olmuşdur.1930-50-ci illəri əhatə edən qanlı hadisələrdə xalqımızın minlərlə oğul və qızları xüsusi amansızlıqla qətlə yetrilmişdir.İnsanların həbs qərarı 15-20 dəqiqə içərisində verilirdi.Sonra isə ya güllələnirdi,ya da Sibirə omürlük sürgünə göndərilirdi.Təkcə 1937-ci ildə Azərbaycanda 29 min nəfər"xalq düşməni"güllələndi və ya Sibirə sürgünə yollandı.Həmin ildə İsmayıllı,Şirvan,Cəbrayıl,Cəlillabad və b.rayonlarda keçrilmiş
"gecə əməliyyatları"nəticəsində 70 min insan həbs olunaraq sürgün olundu,3000 mindən
çox insan isə qətlə yetrildi.Stalinin və onun əlaltılarının törətdiyi bu qətillər insanlığa qarşı törədilmiş cinayət idi.Bu faciədə Azərbaycan xalqı özünün yüksək milli intelektə malik oğul və qızlarının üç nəslini itirdi.Kütləvi repressiyaların təşkilində türklərin genetik düşmənləri olan ermənilər,xüsusən də daxili işlər orqanlarında rəhbər vəzifə tutan Sumbatov,Topuridze.Qriqoryan,Markaryan və b.mühüm rol oynamışdır.